Yaponiya Şərqi Çin dənizi üzərində Çin kəşfiyyat təyyarələrinin aşkar edilməsindən sonra qırıcılarını havaya qaldırıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Naqasaki və Okinava sahilləri yaxınlığında Y-9 tipli Çin təyyarələri müşahidə olunub.
Yapon qırıcıları təyyarələri müşayiət etmək üçün havaya qalxıb. Bununla belə, ölkənin hava məkanının pozulması qeydə alınmayıb.
Aytən Yalçınqızı

















