Cəmiyyət

Yanvar-iyul aylarında pensiyalara bu qədər vəsait yönəldilib

17 Avqust 2026, 13:153
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (426 milyon manat) çox olmaqla 4 milyard 568 milyon manat vəsait yönəldilib.

Zefer.media xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 avqust 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 595 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 633 manata çatıb.

Yanvar-iyul aylarında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 203 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600