Cəmiyyət

Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq

19 Avqust 2026, 14:318
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Zefer.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600