Cəmiyyət

Xəzər dənizinin səviyyəsinin azalma səbəbləri Astanada müzakirə olunacaq

27 Mart 2026, 12:282
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Regional Ətraf Mühit Sammiti çərçivəsində Astanada Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəblərini araşdırmaq məqsədilə yaradılmış birgə işçi qrupunun ilk iclası keçiriləcək.

Zefer.media – nın Qazaxıstan səfirliyinə istinadən verdiyi məlumata görə, bu məsələ səfir Alim Bayel ilə Azərbaycan Prezidentinin İqlim Dəyişikliyi üzrə elçisi Muxtar Babayev arasında baş tutan görüşdə ətraflı müzakirə olunub. Görüş zamanı tərəflər Xəzər dənizi ekosisteminin qorunması, qarşıdan gələn birgə tədbirlərə hazırlıq və beynəlxalq ekoloji təşəbbüslərin dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

​Azərbaycan tərəfi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin BMT sistemində beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü tam dəstəklədiyini bildirib. Muxtar Babayevin sözlərinə görə, su problemlərinin həlli həm ekoloji, həm də iqtisadi təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir və belə bir təşkilatın yaradılması bütün region üçün vaxtında atılmış addımdır. 22-24 aprel 2026-cı il tarixlərində keçiriləcək zirvə görüşündə Azərbaycan nümayəndə heyətinin fəal iştirakı gözlənilir. Tərəflər Astana və Bakı arasında ətraf mühit və iqlim məsələləri üzrə əməkdaşlığın ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, eləcə də Xəzər regionunun davamlı inkişafına mühüm töhfə verdiyini xüsusi vurğulayıblar.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600