Dünya

Ukraynada təhdidlər barədə yeni xəbərdarlıq sistemi tətbiq ediləcək

2 Sentyabr 2026, 19:274
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukraynada təhlükələr barədə əhalinin məlumatlandırılması üçün yeni sistem tətbiq ediləcək.

Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, yeni sistemdə konkret təhdidlərin iki səviyyə üzrə — sarı və qırmızı rənglərlə işarələnməsi nəzərdə tutulur.

Sarı səviyyə — dron hücumu təhlükəsini, qırmızı səviyyə isə raket təhlükəsini bildirəcək.

Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, həyəcan siqnallarının səsləri də dəyişdiriləcək. Belə ki, hər təhlükə səviyyəsi üçün ayrıca səs siqnalından istifadə olunacaq.

Əsas məqsəd insanların hər bir konkret təhlükə zamanı necə davranmalı olduqlarını dəqiq anlamasını təmin etməkdir.

Zelenski həmçinin bildirib ki, yaxın vaxtlarda Kiyevdə komendant saatının müddəti azaldılacaq.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600