Dünya

Ukrayna Silahlı Qüvvələri Rusiyanın taxılını Şimal qütb dairəsinə qədər qovub

23 Sentyabr 2026, 19:044
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Qara və Azov dənizləri üzərindən ənənəvi marşrutlarla bağlı yaranan problemlər səbəbindən Rusiya ilk dəfə taxılı Murmansk vasitəsilə ixrac etməyə hazırlaşır. 

Zefer.media bildirir ki, Reuters-in məlumatına görə, ilk partiyanın artıq oktyabr ayında oradan yola salınması planlaşdırılır. Söhbət təxminən 40 min ton taxıldan gedir. Üstəlik, taxıl Stavropol diyarından bütün ölkə ərazisini keçməklə dəmir yolu vasitəsilə daşınacaq.

Belə uzun marşrutun seçilməsinin səbəbi cənub istiqamətində logistikanın getdikcə təhlükəli hala gəlməsidir. Ukraynanın gəmilərə və liman infrastrukturuna hücumları Qara və Azov dənizləri üzərindən hərəkəti ciddi şəkildə çətinləşdirib. Kreml də bunu faktiki olaraq etiraf edir. Peskov bildirib ki, Rusiya taxıl ixracı üçün alternativ marşrutlar axtarmağa məcburdur.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600