Ukrayna digər ölkələrlə birlikdə hazırlanan beş fərqli atəşkəs variantına hazır olduğunu açıqlayıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.
Variantlar arasında tam və qeyd-şərtsiz atəşkəs, Qara dənizdə təhlükəsizlik üzrə iki ayrı mexanizm, Qara dənizdə ərzaq təhlükəsizliyinin təmin olunması və enerji atəşkəsi yer alır.
Tam və qeyd-şərtsiz atəşkəs təklifinə Kiyev 2025-ci ildə Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda razılıq verib. Qara dənizdə təhlükəsizlik üzrə iki variant Türkiyə və Misirin iştirakı ilə, ərzaq təhlükəsizliyi istiqamətində həll yolları isə Hindistanın iştirakı ilə hazırlanır.
Enerji atəşkəsi variantının isə Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla son təmasları zamanı müzakirə edildiyi bildirilib.
Qəmər Kazımzadə

















