Türkiyə Ukraynanın Qara dənizdə Türkiyəyə məxsus “Reyhan Sarı” yük gəmisinə PUA ilə zərbə endirməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edib.
Zefer.media “Haber Denizde”yə istinadən xəbər verir ki, Türkiyə tərəfinin vəkili Nuri Koray Kurunun sözlərinə görə, BCM məsələ ilə bağlı araşdırmaya başlayıb.
Vəkil bildirib ki, aparılan araşdırma zamanı gəminin kaset bombaları ilə vurulduğu müəyyənləşib. Onun sözlərinə görə, sursatlar gəminin xarici örtüyünü deşərək içəridə partlayıb və bu, onların ekipajı hədəf almaq məqsədi daşıdığını göstərir.
Aytən Yalçınqızı

















