Türkiyənin Kastamonu vilayətində yerləşən qədim Pompeiopolis şəhərində aparılan arxeoloji qazıntılar zamanı eramızın IV əsrinə aid olduğu ehtimal edilən yaxşı qorunmuş döşəmə mozaikası aşkarlanıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.
Mozaikanın sahəsi təxminən 105 kvadratmetrdir. Bundan əlavə, arxeoloqlar eramızın II əsrinin ikinci yarısına aid olduğu ehtimal edilən Erosun başını da aşkar ediblər.
Aytən Yalçınqızı


















