• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9564
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Türkiyə zəlzələsinin bitməyən ağrısı: Hər şeyə sıfırdan başlamaq məcburiyyətindəyik

08 Fevral, 26 / 9:00
A A

6 fevral 2023-cü ildə Türkiyədə baş verən zəlzələ bölgədə dərin izlər buraxdı. Artıq 3 il keçsə də, minlərlə insanın evini, gündəlik həyatını və ümidini alt-üst edən bu faciənin izləri hələ də silinməyib. Zəlzələ yalnız dağıntılarla ölçülmür — hər evsiz qalmış insanın, hər itirilmiş həyatın arxasında saysız-hesabsız hekayələr, qorxu və ümid var.

Zəlzələnin miras qoyduğu qalıcı izlər, silinməz xatirələr, unudulmaz dağıntı və sarsıntılar haqqında “Zefer.media” saytına açıqlama verən hadisənin birbaşa şahidi və zərərçəkəni Mehmet AKSOY dondurucu qış günündə insanların bir anın içində necə çarəsiz qaldığını sözləri ilə təsvir etdi:

“Zəlzələ baş verən gün dondurucu bir soyuq var idi, qar yağırdı. Təşviş içində evdən çıxa bilənlər hələ nə yaşadıqlarının fərqində deyildilər. Ətrafda “Ehtiyat ayaqqabısı olan var?” deyə soruşan insanlar vardı: bu, vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərən, heç də adi olmayan bir sual idi. Qorxu içində evinin qapısını uşaqlarının üzünə bağlayıb, sonra o qapını açmağa çalışan valideynlər vardı. Mən ikinci zəlzələyə məhz o uşaqları xilas etməyə çalışarkən şahid oldum. Mənəvi çətinlik, duyğusal yük həddindən artıq ağır idi. Üç gün boyunca nə çörək, nə də su tapıldı. Biz də daxil olmaqla, hər kəs salamat qalan maşınlarda yatdı, çünki gündə 100-150-yə yaxın təkrar sarsıntı olurdu. Türk əsgəri çadırlar və mətbəxlər qurana qədər üç günümüz bu çətinliklərlə keçdi. Əsas çətinliyin nə olduğunu soruşsanız, dondurucu soyuq, çörəksizlik və susuzluq idi. Cəmi bir neçə saat əvvəl hər şeyi olan insanlar, bir neçə saat sonra bir tikə çörəyə, bir qurtum suya və isti bir yerə möhtac qaldılar”.

O, zəlzələdən əvvəlki həyatı ilə sonrakı acı reallıq arasındakı uçurumu, sanki bir müharibədən çıxmış insanın ruh halı ilə izah edir:

“Zəlzələdən əvvəl evim, maşınım və motosikletim var idi. Cəmi 90 saniyə içində həm evimi, həm də avtomobilimi itirdim. Hələ borcu bitməmiş olan evim uçdu və maşınımın üzərinə aşdı. Hadisədən sonra bir il boyunca 25 kvadratmetrlik bir konteynerdə yaşadım. Heç vaxt şikayət etmədim, çünki dövlətimizin əlindən gələni etdiyini görürdüm. Hazırda kirayə ödəyərək kiçik bir mənzildə qalıram, öz evimin tikintisi isə hələ tamamlanmayıb.

​Maddi olan hər şeyi zamanla yenidən qazanmaq olar, lakin mənəvi baxımdan tamamilə fərqli bir nöqtədəyik. İtirdiklərimizin yerini heç nə ilə doldura bilmərik. Yaşadığımız psixoloji gərginlik və qayğılar hələ də davam edir. İnsan artıq əvvəlki mənliyini itirir, həyata sanki başqa biri kimi davam edir. Müharibə görənlər, o dəhşəti yaşayanlar bu hissi çox yaxşı bilərlər. Biz də sanki böyük bir müharibənin ortasından keçdik.

Zəlzələdən sonra artıq heç nə əvvəlki kimi olmadı. Əslində, heç nəyin əvvəlki kimi olması mümkün də deyil, çünki hələ də ətrafımızda uçulmuş binalar, yaralı tikililər görürük. İtirdiyimiz insanların fotoları hər yerdə asılıb. Divarlarda asılmasa belə, hər birinin qəlbimizdə yeri var. Hər il yaxınlarını itirmiş insanların göz yaşlarına şahidlik edirik. Bu ağır şərtlər altında maddi itkilərin artıq heç bir əhəmiyyəti qalmır. Hər şeyin tamamilə düzəlməsini gözləmək də artıq məntiqəuyğun görünmür.
​Əgər müharibədə oğlunu itirmiş bir anaya bu barədə sual versəniz, “ömrümün sonuna qədər unutmayacağam” deyər. Məncə, heç kim unutmayacaq və heç kim bir daha əvvəlki kimi normal ola bilməyəcək”.

Şəhərdəki vəziyyətin hələ də ağır olduğunu qeyd edən müsahibimiz, artıq ölümün özünün deyil, formasının insanları düşündürdüyünü acı ilə bildirir: “Təhlükəsiz sığınacaq və mənzil mövzusunda problemlərimiz hələ də davam edir. Hansı binanın daha etibarlı olduğunu bilmirik, lakin məcburiyyətdən orada yaşamağa davam edirik. Heç kim övladını dayanıqlı olmayan bir binada böyütmək istəməz, amma hazırda vəziyyətimiz budur. Zəlzələdən sonra yaşadığım yer hələ də aktiv olan, qırılmamış bir fay xətti üzərində yerləşir. Kiçik bir təşviş anında gözlərimiz dərhal yellənən çılçıraqlara dikilir. Bu dediklərim, sözügedən hadisələri şəxsən yaşayan insanlar üçün çox səmimi və acı bir həqiqətdir.

​Artıq ölmək öz əhəmiyyətini itirir, insan üçün necə ölmək daha vacib hala gəlir. Cəsədinin tapılması və ya dağıntılar altından tək parça halında çıxarılması ən böyük təsəlliyə çevrilir. İnanın ki, hər kəs “təmiz bir ölümə” razıdır. Çünki həkim olan qohumumun cəsədi tapılmadı və onun hələ də bir məzarı yoxdur…

Sonda həmsöhbətimiz bu ağır hadisənin bir insanın daxili dünyasında necə silinməz izlər qoyduğunu qeyd etdi:

“Zəlzələdən sonra “xatirə” deyə bir şey qalmır. Çünki zəlzələdən sonra bütün həyatınız kökündən dəyişir. Sevdikləriniz dünyasını dəyişir, eviniz-eşiyiniz, bütün yığımınız yox olur. Hər şeyə sıfırdan başlamaq məcburiyyətində qalırsınız. Lakin yaşımız və yorğunluğumuz bu yeni başlanğıcı daha da çətinləşdirir. Tamamilə başqa bir insana çevrilirsiniz, ümidləriniz sönür. Həyat hər şeyi yenidən inşa etmək üçün sizə lazımi zamanı tanımır. Bu, ilk dəfə qarşılaşdığınız, heç vaxt təcrübə etmədiyiniz bir vəziyyətdir. İnsan nəyə kədərlənəcəyini, hansı itkisinə yanacağını şaşırır.

​Amma belə bir reallıq var ki, həyat davam edir. Sizin yaşadıqlarınızı yaşamayan, bu dəhşəti təcrübə etməyən insanlara özünüzü izah etməyə belə çalışmırsınız. Bəzən “vaxtım dolsa da, bu dünyadan getsəm”,- deyə düşünürsünüz. Təsəvvür edin ki, həyatınız boyu mübarizə apardığınız, çalışıb əldə etdiyiniz hər şey və hər kəs cəmi 90 saniyə ərzində yox olur. Bu, dəhşətli bir şeydir. Türkiyədə 11 şəhərdə yüz minlərlə insan bunu yaşadı və bu acını sözlə ifadə etmək mümkün deyil “.

“Zefer.media” kollektivi olaraq, bu dəhşətli zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Acınız acımızdır.

Pərvin

 

Bənzər Xəbərlər

Siyasət

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

İyul 31, 2026
Manşet

Baş nazir sərəncam imzaladı

İyul 31, 2026
Manşet

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

İyul 31, 2026
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

İyul 31, 2026

XƏBƏR LENTİ

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

31 İyul, 26 / 18:53

150 balla qəbul mümkün olan ixtisaslar – Rəsmi

31 İyul, 26 / 16:41

Baş nazir sərəncam imzaladı

31 İyul, 26 / 16:38

Mərakeşdən İspaniyaya miqrant axını davam edir

31 İyul, 26 / 16:35

ABŞ və İsrail İrana qarşı mümkün quru blokadasını müzakirə edir

31 İyul, 26 / 16:26

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

31 İyul, 26 / 16:07

Yeni müttəfiqlik mərhələsi: Azərbaycan və Qırğızıstanı hansı imkanlar gözləyir? – ŞƏRH

31 İyul, 26 / 15:31

Çin milli müdafiə və silahlı qüvvələrini modernləşdirməyi planlaşdırır

31 İyul, 26 / 14:21

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

31 İyul, 26 / 14:17

SEPAH: “Hörmüz boğazında iki tanker vurularaq saxlanılıb”

31 İyul, 26 / 14:13

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.