Hörmüz boğazı siyasi və hərbi təzyiq vasitəsinə çevrilməməlidir.
Zefer.media xəbər verir ki, mayın 12-də bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada qətərli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Hörmüz boğazı siyasi və hərbi təzyiq vasitəsinə çevrilməməlidir.
Fidan vurğulayıb ki, Ankara bu strateji əhəmiyyətli beynəlxalq su yolunun yenidən açılması istiqamətində atılan addımları dəstəkləyir və alqışlayır.
O, qeyd edib ki, Türkiyə və Qətər Pakistanın vasitəçiliyi ilə başlanan və ABŞ-İran müharibəsinə son qoymağa yönəlmiş danışıqlar prosesinə dəstək verir.
Zərintac Mayisqızı















