Türkiyə Azərbaycan və Ermənistan arasında sülh yolu ilə həlli asanlaşdırmağa davam edəcək.
Zefer.media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
Ərdoğanın ofisi onun sözlərini sitat gətirib: “Biz Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına töhfə verməyə davam edəcəyik. Əldə edilən sülh bölgəmiz üçün həyat mənbəyinə çevriləcək”.
Görüşdə prezidentlər Azərbaycan-Türkiyə münasibətlərini, eləcə də mövcud regional və beynəlxalq məsələləri müzakirə ediblər. Ərdoğan iki ölkə arasında enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Türkiyə liderinin sözlərinə görə, “iki dövlət, bir xalq” prinsipinə uyğun olaraq ikitərəfli münasibətlərin bütün sahələrdə dərinləşdirilməsi hər iki ölkənin maraqlarına uyğundur. O qeyd edib ki, Türkiyə Azərbaycan və Türkiyənin birgə addımlarının əhəmiyyəti “bölgədəki mövcud vəziyyət fonunda xüsusilə nəzərə çarpır”.
Həmçinin, Ərdoğan İlham Əliyevi Antalyada keçiriləcək COP31 iqlim sammitində iştirak etməyə dəvət edib.
Zərintac Mayisqızı

















