• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.4° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

30 İyun, 26 / 15:06
A A

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakı və Xankəndi şəhərlərində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş irimiqyaslı “Türk Dünyası Həftəsi”nə start verilir. 29 iyun – 3 iyul 2026-cı il tarixlərini əhatə edəcək bu mötəbər həftənin ilk günü Heydər Əliyev Mərkəzində rəsmi açılış ilə başlayıb.

Tədbirin ən mühüm və strateji hissələrindən birini “Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” mövzusundakı plenar iclas təşkil edib.

Zefer.media – ya  Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, plenar iclas türk dünyasının aparıcı beynəlxalq Türk əməkdaşlıq təşkilatlarının rəhbərlərini bir araya gətirərək ortaq dəyərlərin qorunması, mədəni inteqrasiyanın dərinləşdirilməsi, elm, təhsil və humanitar əməkdaşlığın inkişafı istiqamətində görülən işlər və gələcək fəaliyyət prioritetləri ətrafında fikir mübadiləsi üçün mühüm platformaya çevrilib.

Plenar iclasda rəsmi məruzəçi qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bildirib ki, yüz il əvvəl Bakıda əsası qoyulan elmi-mədəni əməkdaşlıq ənənəsi bu gün türk dövlətlərinin siyasi iradəsi və beynəlxalq türk əməkdaşlıq təşkilatlarının birgə fəaliyyəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub.

Fondun prezidenti Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin təşkilinə görə Azərbaycan Respublikasının Hökumətinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və bütün digər tərəfdaş qurumlara təşəkkürünü bildirib.

Professor Aktotı Raimkulova çıxışında bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyası Həftəsinin proqramında da fəal iştirak edir. Onun sözlərinə görə, bu təşəbbüslər ortaq türk irsinin tədqiqi və təbliği, elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də türk xalqları arasında mədəni inteqrasiyanın daha da möhkəmləndirilməsinə xidmət edir.

Fondun prezidenti, həmçinin bildirib ki, Fondun təşəbbüsü ilə Baku TV ilə əməkdaşlıq çərçivəsində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş xüsusi müsahibələr silsiləsi hazırlanıb. Layihədə türk dünyasının tanınmış alim və ziyalıları Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının ortaq elmi-mədəni irsi və bu irsin müasir dövrdə aktuallığı barədə fikirlərini bölüşüblər.

Çıxışının sonunda professor Aktotı qeyd edib ki, yubiley tədbirləri bununla yekunlaşmayacaq. Cari ilin sonunda Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, türk dövlətlərinin UNESCO yanında Daimi Nümayəndəliklərinin və Beynəlxalq Türk Əməkdaşlıq Təşkilatlarının iştirakı ilə UNESCO-nun Parisdəki mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. Bu təşəbbüs Qurultayın irsinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasına, ortaq mədəni yaddaşın möhkəmləndirilməsinə və türk dünyası arasında humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

İclasda, eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Yunus Emre İnstitutunun rəhbəri Abdurrahman Aliy çıxış ediblər.

Plenar iclas çərçivəsində beynəlxalq türk əməkdaşlıq təşkilatlarının rəhbərlərinin çıxışlarından sonra “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı ilə təltifetmə mərasimi də keçirilib.

Bənzər Xəbərlər

Gündəm

İlham Əliyev və Mehriban Əliyeva Qırğızıstana gediblər

Avqust 31, 2026
Gündəm

Nepalda tunellərdə bloklanan 900-dən çox işçi axtarılır

Avqust 31, 2026
Gündəm

ASAN könüllüləri rəqəmsal gələcəyin imkanlarını öyrəniblər

Avqust 31, 2026
Gündəm

“İtkinlərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir”

Avqust 31, 2026
Gündəm

İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə başsağlığı verib

Avqust 31, 2026
Gündəm

İlham Əliyev Sadır Japarovu təbrik edib

Avqust 31, 2026

XƏBƏR LENTİ

Azərbaycan yeni geosiyasi reallığın əsas aktorlarından biridir

31 Avqust, 26 / 18:34

Putin Bişkekdə Si Cinpinlə görüşdü

31 Avqust, 26 / 16:50

Loqoped uşağı döydü

31 Avqust, 26 / 16:47

İran XİN-dən ŞƏT ölkələrinə çağırış: “Düzgün mövqe ortaya qoyulmalıdır”

31 Avqust, 26 / 16:17

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb

31 Avqust, 26 / 16:09

Gəncədə qəzada ana və övladı xəsarət alıb

31 Avqust, 26 / 16:07

Prezident İlham Əliyev Bişkekdə Kasım-Jomart Tokayevlə görüşüb

31 Avqust, 26 / 16:06

Putin Qırğızıstana getdi

31 Avqust, 26 / 16:04

Liviya “birliyə” doğru irəliləyir

31 Avqust, 26 / 16:01

Tramp: “İrana vurduğumuz maliyyə zərbələri çox ağırdır”

31 Avqust, 26 / 15:08

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.