• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.8° Weather Ashburn
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Trampın İran bəyanatı - Hədəf gözdağıdır, yoxsa real hücum?

14 İyul, 26 / 16:40
A A

ABŞ İranın Natanzdakı nüvə obyektinə zərbə endirməyə hazırlaşır.

Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Biz bunu edəcəyik. Kirk dağını məhv edəcəyik. İranlılara deyin, hazırlaşsınlar”, – deyə o bildirib.

Trampın səsləndirdiyi həmin bəyanat Yaxın Şərqdə gərginliyin daha da arta biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.

Politoloq Əli Mustafa isə Zefer.media-ya açıqlamasında diqqətə çatdırıb ki, Trampın bu açıqlamalarının arxasında fərqli məqsədlər dayana bilər:

“Trampın bəzi açıqlamaları birbaşa deyil, dolayı yolla hansısa məqsədlərə xidmət edə bilər. Yəni bu bəyanatların gerçəkləşməməsi də mümkündür. Çünki bu addım qarşı tərəfi hədələmək, qorxutmaq niyyəti daşıya bilər və yaxud da birjalarda hansısa hərəkətliliyi tətikləmək məqsədi güdə bilər. Hələlik bu açıqlamalar gerçəkləşməyib, amma gerçəkləşə də bilər. Artıq Amerika İran ərazisindəki hərbi obyektləri vurur. Tramp rəsmi şəkildə atəşkəsin bitdiyini bəyan edib və İran da buna cavab verir. İndi nüvə obyektlərinin vurulmasının Amerikaya nə qazandıracağını, İrandan isə nələri alacağını dəqiq demək çətindir. Çünki biz həmin nüvə obyektlərində hansı işlərin aparıldığını və burada Trampın konkret niyyətinin nədən ibarət olduğunu tam bilmirik. Amma bütün hallarda, bu gedişat İranın mövqeyinin getdikcə zəifləməsinə, xüsusilə də onun nüvə potensialına hədəflənən bazaların sıradan çıxarılmasına səbəb olur. Hər bir halda, bu, İranın gücünü azaldan amildir”.

Ekspertin sözlərinə görə, ABŞ-nin mümkün hücumu İranın cavab addımlarına və bölgədə gərginliyin yenidən artmasına səbəb ola bilər:

“Digər tərəfdən, İranın hava hücumundan müdafiə sistemləri çox da effektiv olmasa da, onun hələ də raketləri və dronları var. Yəni İranın müəyyən formada asimmetrik cavab vermək imkanları mövcuddur. Əlbəttə, Amerika hücum edəcəksə, İran da buna cavab verəcək. Bu isə bölgədə münaqişənin yenidən genişlənməsi və dərinləşməsi riski deməkdir.
Bu məsələdə digər dövlətlərin mövqeyinə gəldikdə isə, Amerika dünyanın elə böyük hərbi-siyasi gücüdür ki, bu gün böyük dövlətlərdən heç biri ona qarşı açıq formada etiraz edə və ya qarşısında dura bilmir. Amma təbii ki, dövlətlər və beynəlxalq təşkilatlar bu savaşın, bu toqquşmanın dayanması üçün çağırışlar edirlər. Bununla belə, real bir gerçəklik də var ki, Amerika nə bahasına olursa-olsun, İranın nüvə obyektlərini sıradan çıxarmağa və onun nüvə dövlətinə çevrilməsinə mane olmağa çalışır. Odur ki, bu məsələyə digər dövlətlərin hansısa açıq və ciddi şəkildə müdaxilə edəcəyini ehtimal etmirəm. Lakin bütün hallarda, bu vəziyyət bölgədə savaş və gərginliyin davam etməsinə gətirib çıxaracaq”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Cəmiyyət

Naxçıvan: Böyük tarixi kommunikasiyanın yeni ümid və dialoq adası

Avqust 15, 2026
Manşet

Prezident İlham Əliyevdən daha 4 fərman

Avqust 14, 2026
Xarici xəbərlər

ABŞ İrana qarşı “misli görünməmiş” iqtisadi tədbirlər hazırlayır 

Avqust 14, 2026
Siyasət

Prezident 2 fərman imzalayıb

Avqust 14, 2026
Siyasət

“Prezident İlham Əliyevin yeni komando hərbi hissələrinə Döyüş bayraqları təqdim etməsi qürurvericidir”

Avqust 14, 2026
Dünya

“İranın Hörmüz kartı artıq əvvəlki təsir gücünü itirib”

Avqust 14, 2026

XƏBƏR LENTİ

Naxçıvan: Böyük tarixi kommunikasiyanın yeni ümid və dialoq adası

15 Avqust, 26 / 14:01

Türkiyə müdafiə sənayesi strateji transformasiyaya məruz qalıb

14 Avqust, 26 / 17:32

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust, 26 / 17:18

Bu il elektron satınalmalarda dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib

14 Avqust, 26 / 17:05

Şimali Koreya Rusiyaya daha 50 min hərbçi göndərə bilər

14 Avqust, 26 / 16:45

Hörmüz boğazından keçən gəmilərin sayı azaldı

14 Avqust, 26 / 16:42

Cəlil Xəlilov: “Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”

14 Avqust, 26 / 16:40

Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın

14 Avqust, 26 / 15:24

Prezident İlham Əliyevdən daha 4 fərman

14 Avqust, 26 / 15:18

Göyçayda zəncirvari qəza olub, altı nəfər xəsarət alıb

14 Avqust, 26 / 15:12

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.