Dünya

Trampdan İrana mesaj: “Azadlıq saatınız yaxınlaşır”

10 Sentyabr 2026, 13:375
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Tramp İran xalqına ünvanladığı əvvəlki müraciətinin videosunu özünün “Truth Social” hesabında yenidən paylaşıb.

Zefer.media xəbər verir ki, videonun sonunda Tramp İran xalqına müraciətlə deyir:

“İranın böyük və qürurlu xalqı, azadlıq saatınız çox yaxındır. Biz işimizi bitirdikdən sonra suverenliyinizi və hakimiyyətinizi geri alın. Bu hakimiyyəti geri qaytarmaq sizin haqqınızdır”.

Sözügedən müraciət ilk dəfə fevralın 28-də, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı gün yayımlanmışdı. Həmin çıxışda Tramp İran hakimiyyətinə qarşı rejim dəyişikliyinə çağırış xarakterli mesajlar vermişdi.

Trampın videonu aylar sonra, ABŞ-İran qarşıdurmasının yenidən intensivləşdiyi bir vaxtda paylaşması diqqət çəkib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600