ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla reseptlə satılan dərmanların qiymətləri barədə söhbətini danışıb.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Trampın sözlərinə görə, o, Makrona Fransada reseptlə satılan dərmanların qiymətlərini üç dəfə artırmalı olduğunu deyib. Makron isə buna etiraz edib.
Tramp bildirib ki, ABŞ-da bir dərman həbinə təxminən 130 dollar ödənildiyi halda, Fransada bunun üçün 10 dollar ödənilir.
Tramp daha sonra Makronu ABŞ-a ixrac olunan Fransa şərabı və şampanına 100%-lik gömrük rüsumu tətbiq etməklə hədələdiyini söyləyib.
Onun iddiasına görə, Makron bunun qarşılığında həmin tələbi yerinə yetirməyə hazır olduğunu bildirib və Trampdan Fransaya qarşı 100%-lik rüsum tətbiq etməməsini xahiş edib.
Pərvin Hacıyeva

















