Dünya

Tramp: “İranın nüvə silahına sahib olmasının qarşısını almaqla Avropanı da xilas etdim” 

4 Sentyabr 2026, 11:263
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının yalnız ABŞ-nin deyil, Avropa ölkələrinin, o cümlədən Britaniyanın təhlükəsizliyinə xidmət etdiyini deyib.

Zefer.media xəbər verir ki, Tramp bu barədə “GB News” telekanalına müsahibəsində danışıb.

ABŞ prezidenti qeyd edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqla Avropanı və Britaniyanı da mümkün təhlükədən qoruyub.

Onun sözlərinə görə, İranın nüvə silahına sahib olması halında bu silahların ABŞ-dən daha çox Avropaya qarşı istifadə edilməsi ehtimalı yüksək olardı.

“Çünki onun raket imkanları ABŞ-yə deyil, Avropaya çatmağa qadirdir”, – prezident əlavə edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600