ABŞ prezidenti Donald Tramp çıxışında İranla əlaqəli son hücumlarda həlak olan ABŞ hərbçilərinin xatirəsini yad edərək, Amerika qüvvələrinin növbəti hava zərbələrini onların şərəfinə həyata keçirdiyini bildirib.
Zefer.media xəbər verir ki, Tramp əvvəlcə hücumlarda iki amerikalı hərbçinin öldüyünü düşündüklərini, ancaq sonradan həlak olanların sayının üçə çatdığını deyib.
“İranın hücumlarında iki nəfərin öldüyünü düşünürdük, amma üç nəfər həlak olub. Biz bu gecə yenidən İrana güclü zərbələr endirdik. Və biz bunu, çox güman ki, onların – artıq üç nəfərin – şərəfinə etdik”, – deyə, Ağ Ev rəhbəri vurğulayıb.
Zərintac Mayisqızı

















