Donald Tramp ilk işinin daşınmaz əmlakla məşğul olan atasına kömək etmək olduğunu bildirib.
Zefer.media xarici KİV-lərə əsasən bildirib ki, onun sözlərinə görə, atası ilə birlikdə müxtəlif ərazilərə gedir, binalara və torpaq sahələrinə baxır, hər şeyin qaydasında olub-olmadığını, işlərin düzgün görülüb-görülmədiyini və hər şeyin ideal vəziyyətdə olub-olmadığını yoxlayırdı.
“Atam əsl perfektsionist idi və mən ondan çox şey öyrənmişəm. Mən də perfektsionistəm”, – deyə Tramp bildirib.
Lalə Qurbanlı

















