Dünya

Tokayev Qazaxıstan və Rusiya xalqları arasında ciddi münaqişələrin olmadığını bildirib

1 Sentyabr 2026, 16:032
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə qazaxlar və ruslar arasında tarixən ciddi münaqişələrin olmadığını bildirib.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Tokayev xalqlar arasında dini və siyasi münasibətlər zəminində heç vaxt ciddi qarşıdurmaların yaşanmadığını deyib.

“Tarix boyu qazaxlar və ruslar arasında nə dinlərarası münasibətlər, nə də hər hansı siyasi əlaqələr baxımından münaqişə olub”, – deyə Tokayev bildirib.

Onun sözlərinə görə, iki xalq arasında qarşılıqlı əlaqələr uzun illər, hətta əsrlər boyu formalaşıb, keçmişdə yaşanan fikir ayrılıqları isə əsasən ayrı-ayrı təsərrüfat mübahisələri ilə məhdudlaşıb.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600