İqtisadiyyat

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

14 Oktyabr 2026, 09:413
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 14-də Bakının Binəqədi, Qaradağ və Sabunçu rayonlarının bəzi ərazilərində qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Zefer.media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, saat 10:00-dan etibarən təmir-quraşdırma işləri başa çatanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki S.Fərziyev küçəsində və Sabunçu rayonunun Ramana qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600