Siyasət

“Tehran və İrəvan arasında Naxçıvan vasitəsilə əlaqə əsas prioritetdir” 

30 İyun 2026, 16:363
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Tehran və İrəvan arasında Naxçıvan marşrutu üzərindən dəmir yolu əlaqəsinin qurulmasını iki ölkənin əməkdaşlığının əsas prioritetlərindən biri adlandırıb.

Zefer.media xəbər verir ki, səfir Naxçıvan üzərindən dəmir yolu xəttinin çəkilməsi və bu marşrutun Qara dənizə qədər uzadılmasının xüsusi əhəmiyyət daşıdığını deyib.

Şirqulami İranın Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyini vurğulayaraq deyib ki, bölgədə davamlı sülh yalnız dövlətlərin suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərə və qarşılıqlı hüquqlara hörmət əsasında mümkün ola bilər.

İran səfiri, TRIPP layihəsində ABŞ şirkətlərinin iştirakından narahat olduqlarını da ifadə edib. Onun sözlərinə görə, İran sərhədləri yaxınlığında Amerika şirkətlərinin layihədə 74 faizlik paya malik olması Tehranda narahatlıq doğurur.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600