İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, ölkəsi müharibəyə səbəb olsa belə, uranı zənginləşdirmək hüququnda israrlıdır.
Zefer.media xəbər verir ki, Əraqçi bu barədə rəsmi Teleqram kanalında bildirib.
“Niyə biz uranın zənginləşdirilməsində bu qədər israr edirik və bunda israr etməyə davam edirik, hətta müharibə bizə məcbur edilsə belə, ondan imtina etməyə hazır deyilik? Çünki heç kimin bizə nə etməli olduğumuzu diktə etməyə haqqı yoxdur”, – deyə Əraqçi bidirib.
Nazir İranın diplomatiya və danışıqlara önəm verdiyini vurğulayıb:
“Əgər onlar diplomatiyanı seçsələr, biz də eyni yolla gedəcəyik. Əgər İran xalqı ilə hörmətlə danışsalar, biz də hörmətlə cavab verəcəyik, amma güc dilini işlətsələr, güclə cavab verəcəyik”, – deyə Əraqçi bildirib.
Yeganə
















