Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatar 24 yaşlı şəxsi vuraraq öldürüb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, hadisə saat 02:00 radələrində Zəyəm–Dəllər dəmir yolu sahəsində baş verib.
ADY-nin məlumatına görə, qatar saatda 135 km sürətlə hərəkət edərkən şəxs qəfil relslərə çıxıb. Maşinist təcili əyləcdən istifadə etsə də, məsafənin qısa olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Hadisə nəticəsində 24 yaşlı Rahil Vəliyev həyatını itirib.
Aytən Yalçınqızı

















