Şuşa Rayon Polis Şöbəsinim əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Xəlfəli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Zefer.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ümumi çəkisi 1 ton olan 2010 ədəd çətənə kolu məhv edilib.

















