Mədəniyyət

“Sultan Həsən Bahadur” filminin təqdimatı keçirilib

21 İyul 2026, 15:545
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Azərbaycan Televiziya və Radio Verilişləri QSC”nin sifarişi ilə hazırlanan “Sultan Həsən Bahadur” filminin təqdimat mərasimi baş tutub.

AzTv – nin mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə, tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Səadət Yusifova təqdim olunan ekran əsərinin milli kimliyin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini, süni intellektin yaradıcılığın yeni formalarından biri kimi qəbul edilməli olduğunu diqqətə çatdırıb. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, iki il əvvəl “Tariximizlə qürur duyuruq” layihəsinə start verilib və bu istiqamətdə sistemli fəaliyyət həyata keçirilir. QSC sədri əlavə edib ki, tarixi yaşatmaq və onu gələcək nəsillərə çatdırmaq Azərbaycan Televiziyasının əsas missiyalarından biridir və film Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə həsr olunub.

Qeyd edək ki, filmin rejissoru Mecit Güven, ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Elmi məsləhətçiləri Səbuhi Əhmədov və Könül İmamverdiyeva, bəstəkarı Vüqar Camalzadə, rəssamı Reyhan Aslanova, prodüserləri isə Sərvər Bayramov və Ercan Kayadır.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600