NATO ABŞ olmadan yaşaya bilməz və Avropa İttifaqını (Aİ) əvəz etmək iqtidarında deyil.
Zefer.media xəbər verir ki, bu sözləri NATO-nun keçmiş baş katibi və Norveçin maliyyə naziri Yens Stoltenberq İsveçin SVT televiziya kanalına müsahibəsində bildirib.
“Xeyr, bu, təxminən 80 ildir tanıdığımız NATO deyil, çünki söhbət Avropa və ABŞ-nin bütün təhdidlərə qarşı birgə çalışmasından gedir”, – deyə o vurğulayıb.
Siyasətçi qeyd edib ki, alyansın üzv dövlətləri ABŞ və Avropa arasında yarana biləcək uçurumun qarşısını almaq üçün bütün tədbirləri görməlidirlər. O, həmçinin Avropa İttifaqının təhlükəsizlik sahəsində NATO-nu əvəz etməyəcəyini diqqətə çatdırıb.
Zərintac Mayisqızı

















