• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.4° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Soyuq müharibədən daha təhlükəli dövr - Türkiyə od çənbərindən necə qorunur?

15 İyun, 26 / 16:30
A A

“Türkiyənin yerləşdiyi region və bütün dünya İkinci Dünya müharibəsindən sonra ən kritik hadisələri yaşayır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Ədirnə əyalətində ictimaiyyət qarşısında çıxışı zamanı deyib.

“Regionumuz və bütün dünya İkinci Dünya müharibəsindən sonra ən kritik hadisələrin şahidi olur. Hakim partiya olaraq, Türkiyəni bu oddan qorumağa çalışırıq. Hazırda bir böhran həll olunmadan digərinin başladığı dövrdəyik. Raket və bomba səslərinin uşaqların fəryadını boğduğu günləri yaşayırıq”, – deyə dövlət başçısı bildirib.

Ərdoğanın sözlərinə görə, Qara dənizdə problemlər davam edərkən Şərqi Aralıq dənizində yeni planlar hazırlanır və yeni oyunlar oynanılır.

Prezidentin diqqət çəkdiyi bu “yeni oyunlar” isə regionda fərqli bir cəbhəni açır.

Mövzunu şərh edən politoloq Həşim Səhrablının Zefer.media-ya açıqlamasında deyib ki, Yunanıstanın Şərqi Aralıq dənizində atdığı addımlar Türkiyə ilə diplomatik gərginliyi artırır:

“Ərdoğanın Şərqi Aralıq dənizi ilə bağlı dediyi bütün fikirlər, təbii ki, Yunanıstanın son dövrlərdə atdığı addımlarla bağlıdır. Beynəlxalq hüquqa əsasən, statusu neytral olan adaların heç bir halda silahlandırılmasına yol verilməməsi şərti mövcuddur. Buna baxmayaraq, Yunanıstan tərəfi həmin qərarlara məhəl qoymayaraq adalara mütəmadi olaraq hərbçilər çağırır, hərbi bazalar yerləşdirir və Türkiyə sərhədlərinin yaxınlığında rəsmi Ankaranın maraqlarına zidd olan hərbi kampaniyalar həyata keçirir. Eyni zamanda, Yunanıstan tərəfi sahil təhlükəsizliyi məsələlərində də Türkiyənin müvafiq xidmətlərinə problemlər yaratmaqda davam edir. Mətbuatda bu istiqamətdə vaxtaşırı müxtəlif xəbərlərlə rastlaşırıq. Yunanıstanın sahil mühafizə gəmiləri Türkiyə gəmilərinə yaxınlaşaraq təhdidkar və təxribat dolu addımlar atırlar. Bu addımların qarşısı Türkiyə tərəfindən anında və adekvat şəkildə alınsa da, nəticə etibarilə diplomatik miqyasda krizislərin ortaya çıxmasına səbəb olur.
Yunanıstanın bu cür addımları və bəzi ölkələrin ona havadarlıq etmək niyyəti Türkiyədə xoş qarşılanmır, Ərdoğan da öz bəyanatlarında məhz buna işarə edir. Rəsmi Ankara fərqindədir ki, Türkiyənin Aralıq dənizindəki hüquqlarının on illər əvvəl nəzərə alınmaması və hər şeyin yalnız Yunanıstanın maraqları daxilində həll edilməsinə çalışılması tendensiyası bu gün də davam etdirilir. Bu vəziyyət də Türkiyə tərəfindən xoş qarşılanmır”.

Ekspert qeyd edib ki, dünyadakı indiki gərginlik və qaynar münaqişələr Soyuq müharibə dövrünü geridə qoyub:

“Türkiyənin hazırkı beynəlxalq vəziyyəti İkinci Dünya müharibəsindən sonrakı ən kritik dövr kimi qiymətləndirməsinin də səbəbləri var. İkinci Dünya müharibəsindən sonra dünya faktiki olaraq Soyuq müharibə dövrünə qədəm qoymuşdu. Lakin həmin dövrdə belə, istər quru ərazilərində, istərsə də dənizdə heç vaxt bu qədər genişmiqyaslı qarşıdurmalar və problemlər yaşanmayıb. Soyuq müharibənin böyük dövlətlər arasındakı ciddi böhranlar və anlaşılmazlıqlar səbəbindən yarandığını nəzərə alsaq belə, o dövrdəki gərginliklər qaynar münaqişələrə keçid vermirdi. Bu qəbildən olan birbaşa toqquşma nümunələri barmaqla sayılacaq qədər az idi. Bu gün isə dünyanın demək olar ki, hər bir nöqtəsində qaynar münaqişə ocaqları mövcuddur. Şərqi Avropada və Yaxın Şərqdə bir neçə aktiv münaqişəni qeyd etmək olar, Latın Amerikasında gərginliklər yaşanır, Sakit okean hövzəsində isə hər an yeni bir böhranın alovlanma riski var. Bütün bunlar onu göstərir ki, dünya hazırda İkinci Dünya müharibəsindən sonrakı ən gərgin və isti dövrünü yaşayır. Münaqişələrin sayı durmadan artsa da, onların diplomatik yolla tam həllini tapan nümunələrinə demək olar ki, rast gəlinmir. Buna görə də Ərdoğanın qeyd olunan fikirlərini haqlı hesab etmək doğru olar. Dünya həqiqətən də ciddi münaqişələr dövrünə qədəm qoyur. Üstəlik, bu qarşıdurmaların tərəfləri sıradan ölkələr deyil, dünyanın aparıcı dövlətləridir. ABŞ və Çin kimi supergüclər rəsmi şəkildə olmasa da, de-fakto bu münaqişələrin tərəfi kimi çıxış edirlər. Hətta ABŞ-nin İrandakı hədəflərə birbaşa zərbələr endirməsi də bu reallığı təsdiqləmiş olub”.

Həşim Səhrablı Türkiyənin xarici siyasətdə bitərəf və təmkinli mövqeyini qoruduğunu bildirib:

“Düşünürəm ki, Türkiyənin xarici siyasət prioritetləri hələ də dəyişməz olaraq qalır. Türkiyə münaqişələrdən maksimum səviyyədə kənarda durmağa çalışır, tərəf seçmir və proseslərə hansısa tərəfdən daxil olmur, belə bir niyyəti də yoxdur. Bu yanaşma Türkiyənin ənənəvi xarici siyasət xəttinə tamamilə uyğundur. Belə ki, həm İkinci Dünya müharibəsi, həm də Soyuq müharibə illərində Türkiyə maksimum təmkinli davranmağa üstünlük verib. Soyuq müharibə dövründə yalnız Stalinin təcavüzkar siyasəti nəticəsində Türkiyə öz təhlükəsizliyini qorumaq üçün son çarə olaraq Qərb blokuna yaxınlaşmalı olub. Bu müstəsna halı çıxmaq şərtilə, digər bütün tarixi mərhələlərdə Türkiyə heç vaxt öz milli maraqlarını kənara qoyaraq hansısa blokun maraqlarına xidmət edən xarici siyasət yürütməyib.
Bu gün də Türkiyə tamamilə öz maraqlarını müdafiə edir və digər dövlətlərin deyil, məhz öz strateji mənafelərindən çıxış edir. Yunanıstan məsələsində də Türkiyənin tamamilə təbii və legitim narahatlıqları var. Türkiyə Yunanıstandan qat-qat güclü dövlət olmasına baxmayaraq, bu problemi hələ də səbirlə, təmkinlə və diplomatiya çərçivəsində həll etməyə çalışır. Bu məsələdə hər hansı digər qlobal güc mərkəzi ilə gizli sövdələşmələrə getmir, əlavə tərəfdaşlar toplamağa və ya qruplaşmalar yaratmağa cəhd göstərmir. Əksinə, qlobal sülh və beynəlxalq nizam anlayışına uyğun siyasət yürüdərək mövcud gərginlikləri yalnız diplomatik yolla çözmək xəttini müdafiə edir. İstər Ukrayna müharibəsi, istərsə də İran ətrafında yaşanan son gərginliklər Türkiyənin bu mövqeyini dəyişməyib. Xatırlamaq yerinə düşər ki, İstanbul görüşləri zamanı Türkiyə Rusiya və Ukrayna arasında faktiki olaraq sülh razılaşmasının əldə olunmasına çox yaxınlaşmışdı. Eyni zamanda, regional sabitliyin qorunması və İran ətrafındakı problemlərin diplomatik müstəvidə həll edilməsi istiqamətində də Pakistandan sonra ən böyük və real addımları atan məhz Türkiyə olub”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Hərbi

Zakir Həsənov Ordunun şəxsi heyətini təbrik edib

İyun 15, 2026
Cəmiyyət

Moldovada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyun 15, 2026
Banner

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il keçir

İyun 15, 2026
Manşet

Yaxın gələcəkdə regionda yeni hərbi gərginliyin yaranması ehtimalını istisna etmək olmaz - Siyasi şərhçi 

İyun 15, 2026
Siyasət

Türkiyə lideri Azərbaycanı təbrik edib

İyun 15, 2026
Siyasət

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

İyun 15, 2026

XƏBƏR LENTİ

Sabah Məhərrəm ayı başlayır

15 İyun, 26 / 16:44

Zakir Həsənov Ordunun şəxsi heyətini təbrik edib

15 İyun, 26 / 16:43

İran Livandakı vəziyyətə görə ABŞ ilə müqavilənin imzalanmasını təxirə saldı

15 İyun, 26 / 16:38

“İranda ilin əvvəlindən bəri onlarla şəxs edam edilib”

15 İyun, 26 / 16:34

Soyuq müharibədən daha təhlükəli dövr - Türkiyə od çənbərindən necə qorunur?

15 İyun, 26 / 16:30

Moldovada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

15 İyun, 26 / 16:24

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il keçir

15 İyun, 26 / 14:48

Kanoeçimiz ikinci qızıl medalını qazanıb

15 İyun, 26 / 14:44

Yaxın gələcəkdə regionda yeni hərbi gərginliyin yaranması ehtimalını istisna etmək olmaz - Siyasi şərhçi 

15 İyun, 26 / 14:38

Türkiyə lideri Azərbaycanı təbrik edib

15 İyun, 26 / 14:02

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.