• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.2° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Sosial şəbəkələrlə bağlı problemli məqamlar da istisna deyil”

09 İyun, 26 / 16:46
A A

Hazırda bütün dünyada informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu inkişafın göstəricilərindən biri də sosial şəbəkələrin mövcudluğudur. Sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Sosial şəbəkələrin faydası çox olsa da, problemli məqamlar da istisna deyil.

Zefer.media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu bir dövrdə, xüsusilə uşaqların ondan nəzarətsiz istifadə etməsinin qarşısı alınmalıdır:

“Yəni internet resursları, müasir texnologiyalar müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusi ilə, uşaqların sosial-psixoloji inkişafına ziyan vura bilir. Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə yayımlanan bəzi filmlər, oyunlar uşaq və yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır, onları başqa zərərli vərdişlərə aludə edir. Hətta bəzi hallarda onların aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur”.

Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrin mənfi təsirləri nəticəsində demək olar ki, bütün ölkələrdə məktəblilər tərəfindən xoşagəlməz hallar törədilir, hətta cinayət hadisələri də baş verir:

“Belə halların qarşısını almaq üçün dünyada uşaq və yeniyetmələrin internetdən, o cümlədən sosial şəbəkələrdən istifadəsi ilə bağlı müxtəlif təcrübələr mövcuddur. Məsələn, Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişi tam qadağandır. Çin vaxt məhdudiyyətləri və məzmun nəzarəti ilə hərtərəfli dövlət tənzimləmələrini tətbiq edir. Qardaş Türkiyədə də 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub. Düşünürəm ki, Azərbaycanda uşaqların sosial şəbəkələrə girişinə tam qadağa yox, məhdudiyyət tətbiq edilməlidir. Uşaqların sosial şəbəkələrdən istifadəsinə nəzarət olunmalıdır. Həm ailə, həm məktəb, həm də cəmiyyət olaraq bu məsələdə diqqətli olmalıyıq. Uşaqlara nəyisə qadağan etməklə problemi tam həll etmək mümkün deyil. Bu yöndə cəmiyyət olaraq maarifləndirmə işləri aparılmalı, uşaqların inkişafı üçün lazımi addımlar atılmalıdır. Yəni, məktəblilər sosial medianın müsbət tərəflərindən istifadə etməlidir. Bununla yanaşı, onları sosial şəbəkə müstəvisində təhlükələrdən qoruya bilən rəqəmsal mühit yaradılmalıdır”.

Samir Vəliyev qeyd edib ki, bu baxımdan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən bir sıra dəyişikliklər çox əhəmiyyətlidir:

“Artıq bu dəyişikliklərlə bağlı qanun layihəsi iyunun 8-də Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə edilib və plenar iclasa tövsiyə olunub. Dəyişikliklər qəbul edildikdən və qüvvəyə mindikdən sonra uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək. Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün çox mühümdür. Buna görə də dövlətin rəqəmsal inkişaf siyasətində uşaqların mühafizəsi prioritet məsələlərdən biri kimi qarşıya qoyulub. Qanunvericiliyin təkmilləşdirilməsi də məhz uşaqların müdafiəsinə yönəlib. Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir. Platformaların siyahısı müvafiq icra hakimiyyəti qurumunun müəyyən etdiyi orqan tərəfindən müəyyən olunur. Dəyişikliklərə əsasən, provayderin məsuliyyəti və öhdəlikləri müəyyənləşdirilir. Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün bir sıra texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir.

“Əlbəttə, bu layihə hazırlanarkən dünya ölkələrinin təcrübəsinə istinad edilib. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqi mövcuddur. Azərbaycanın milli qanunvericiliyinə təklif edilən bu dəyişikliklər də rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədinə xidmət edir”, – deyə deputat vurğulayıb.

Bənzər Xəbərlər

Cəmiyyət

Sabah Məhərrəm ayı başlayır

İyun 15, 2026
Cəmiyyət

Moldovada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyun 15, 2026
Cəmiyyət

Ermənistana 490 ton buğda göndərilir

İyun 15, 2026
Cəmiyyət

15 iyun – Çingiz Mustafayevin anım günüdür

İyun 15, 2026
Cəmiyyət

"Dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq" - Deputat  

İyun 15, 2026
Cəmiyyət

“Gənclik və dəyərlər” layihəsi başlayır

İyun 13, 2026

XƏBƏR LENTİ

Sabah Məhərrəm ayı başlayır

15 İyun, 26 / 16:44

Zakir Həsənov Ordunun şəxsi heyətini təbrik edib

15 İyun, 26 / 16:43

İran Livandakı vəziyyətə görə ABŞ ilə müqavilənin imzalanmasını təxirə saldı

15 İyun, 26 / 16:38

“İranda ilin əvvəlindən bəri onlarla şəxs edam edilib”

15 İyun, 26 / 16:34

Soyuq müharibədən daha təhlükəli dövr - Türkiyə od çənbərindən necə qorunur?

15 İyun, 26 / 16:30

Moldovada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

15 İyun, 26 / 16:24

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il keçir

15 İyun, 26 / 14:48

Kanoeçimiz ikinci qızıl medalını qazanıb

15 İyun, 26 / 14:44

Yaxın gələcəkdə regionda yeni hərbi gərginliyin yaranması ehtimalını istisna etmək olmaz - Siyasi şərhçi 

15 İyun, 26 / 14:38

Türkiyə lideri Azərbaycanı təbrik edib

15 İyun, 26 / 14:02

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.