• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.7° Weather Columbus
$
1.7
€
1.9466
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə MEDİA

Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir – Hacıbəy Heydərli

09 İyun, 26 / 14:57
A A
Hacıbəy Heydərli,
Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının sədri

Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti və uşaqların təhlükəsizliyi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.

Düşünürəm ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsi sosial şəbəkələrdən istifadənin daha təhlükəsiz təşkili, uşaqların zərərli məzmunlardan qorunması və beynəlxalq platformaların Azərbaycanda fəaliyyətinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi məqsədi daşıyır.
Layihəyə əsasən, 16 yaşına çatmamış şəxslərin sosial şəbəkə platformalarında hesab açmasına icazə verilməyəcək. Hesab yaradılarkən istifadəçinin yaşı müxtəlif texniki vasitələrlə yoxlanılacaq, 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı tələb olunacaq.
Qanun layihəsində 16-18 yaşlı istifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün platformalara əlavə öhdəliklər qoyulur. Belə ki, valideynlər övladlarının hesablarında reklamların məzmununa və platformadan istifadə müddətinə nəzarət edə biləcəklər. Sosial şəbəkələr uşaqların sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcək məzmunların, eləcə də asılılıq yaradan alqoritmlərin qarşısını almaq üçün xüsusi texniki həllər tətbiq etməlidirlər.
Layihəyə görə, uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə təhlükə yaradan məzmun aşkar edildiyi halda platformalar onun yayılmasını ən geci 24 saat ərzində dayandırmalıdır.
Eyni zamanda, yaşın yoxlanılması üçün toplanan fərdi məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi və ya reklam məqsədilə istifadəsi qadağan edilir. Bu məlumatlar yoxlama prosesi başa çatdıqdan dərhal sonra silinməlidir.
Qanun layihəsi xarici sosial şəbəkə platformalarının Azərbaycanda fəaliyyətinə də yeni tələblər müəyyən edir. Azərbaycan istifadəçilərinə xidmət göstərən platformalar ölkədə rəsmi qeydiyyatdan keçməli, dövlət qurumları ilə operativ əlaqə üçün nümayəndəlik və ya əlaqə mərkəzi yaratmalıdırlar. Bu tələblərin yerinə yetirilməməsi halında maliyyə sanksiyaları, reklam məhdudiyyətləri və mərhələli şəkildə internet trafikinin azaldılması kimi tədbirlər nəzərdə tutulur.
Yeni qaydaların pozulmasına görə vəzifəli və hüquqi şəxslər üçün böyük məbləğdə inzibati cərimələr müəyyən edilir.
Qanunun əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi, onların zərərli informasiyadan qorunması, şəxsi məlumatların mühafizəsi və sosial şəbəkə platformalarının fəaliyyətində məsuliyyət mexanizmlərinin artırılmasıdır.
Həmçinin, qanun layihəsinin əsas üstünlüyü uşaqların rəqəmsal mühitdə daha etibarlı və təhlükəsiz qorunmasına xidmət etməsidir. Son illərdə sosial şəbəkələrin uşaqların psixoloji sağlamlığına, şəxsi məlumatlarının təhlükəsizliyinə və ümumilikdə inkişafına təsiri ilə bağlı narahatlıqlar bütün dünyada artır. Təklif olunan dəyişikliklər məhz bu risklərin minimuma endirilməsini hədəfləyir. Onu da qeyd etmək lazımdır ki, sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün çox vacibdir.

Bənzər Xəbərlər

MEDİA

“Milli mətbuatın missiyası və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirildi

İyul 22, 2026
Manşet

Şuşa həm də mətbuat paytaxtına çevrilib - Rəşad Məciddən açıqlama 

İyul 22, 2026
Cəmiyyət

“Media dövlətlə vətəndaş arasında etibarlı informasiya körpüsünün qurulmasına mühüm töhfə verir”

İyul 16, 2026
Banner

Blogerlər Şuşa Forumuna niyə dəvət olunub

İyul 14, 2026
MEDİA

4-cü Şuşa Qlobal Media Forumunda “Media obyektivində sülh quruculuğu və ictimai diskurs” mövzusunda ilk panel müzakirə keçirilib

İyul 14, 2026
Gündəm

“Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir”

İyul 14, 2026

XƏBƏR LENTİ

II Qaregin və altı yepiskop barəsində cinayət işi məhkəməyə göndərilib

29 İyul, 26 / 17:36

Ceyranbatan–Maştağa su xətti ilə bağlı açıqlama – Rəsmi

29 İyul, 26 / 17:33

Putinlə danışığımız zamanı məni yenidən baş nazir seçilməyimlə bağlı təbrik etmədi”

29 İyul, 26 / 17:30
President Donald Trump addresses a joint session of Congress at the Capitol in Washington, Tuesday, March 4, 2025. (AP Photo/Ben Curtis)

Tramp İrana xəbərdarlıq etdi: “Onları məhv edəcəyik”

29 İyul, 26 / 17:25

“ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatıb

29 İyul, 26 / 16:36

Paşinyan: Avrasiya İqtisadi Birliyi iflic vəziyyətindədir

29 İyul, 26 / 16:32

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

29 İyul, 26 / 16:23

Zelenski Trampdan 300 “Patriot” raketi istəyib

29 İyul, 26 / 16:20

“İran qazı Rusiya qazına alternativ deyil”

29 İyul, 26 / 16:18

İran Omanın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib

29 İyul, 26 / 16:11

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.