• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.6° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Sona qədər mübarizə ideyası səhvdir - Paşinyan 

26 Mart, 26 / 16:29
A A
“Qarabağda sona qədər döyüşüblər deyə bir şey yoxdur”.

 

Zefer.media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu martın 26-sı jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, 2023-cü il hadisələrindən sonra Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib, burada döyüş əməliyyatlarının nəticələri təhlil olunub və guya döyüşüblər kimi iddialar, yumşaq deyilsə, reallığa uyğun deyil.

Paşinyan kəşfiyyat məlumatlarına görə, silahların əsas hissəsi (80-90%-i) toxunulmaz qaldığını bildirib. O, sona qədər döyüş aparıldığı ilə bağlı fikirləri yanlış adlandırıb: “Lazım gələrsə, həmin məlumatları açıqlayacağıq. Qarabağ danışıqları üzrə sənədlər kimi, uyğun zamanda dərc edəcəyəm. Bu, yalandır, döyüşməyiblər, belə bir şey olmayıb, qaçıblar, gizləniblər”.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı da müəyyən plan çərçivəsində “qaçıblar” ki, bu, Ermənistan hakimiyyətinə xəyanət kimi təqdim edilsin və bu fonda hakimiyyət dəyişikliyi həyata keçirilsin. “Amma bunu edə bilmədilər, çünki nə Ermənistanın, nə də “Qarabağın xalqı”nı təmsil etmirdilər. Onların legitimliyi yox idi”, – deyə Paşinyan ifadə edib.O vurğulayıb ki, bundan əvvəl hakimiyyətlər siyasi proses üçün şərait yaradıblar, lakin “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “rəhbərliyinin bəzi nümayəndələri” buna nəinki mane olub, hətta hakimiyyət dəyişikliyi həyata keçiriblər və bununla bağlı Ermənistan parlamentində bir-birini təbrik ediblər, halbuki bunun əksinə qiymətləndirmələr və xəbərdarlıqlar olub.

“Cəmi bir həftə sonra baş verən hadisələr baş verdi. Qarabağda etdiklərini sonradan Ermənistanda etmək istəyirlər. Həmin şəxslərin bir hissəsi Ermənistanın hakim dairələrinin və siyasi qüvvələrinin nümayəndələri idi və sözün əsl mənasında Qarabağdan qaçdılar. Üstəlik, məni ittiham edirdilər ki, guya sərhədləri bağlamışıq və insanların çıxmasına imkan vermirik. Mən o vaxt “Qarabağ nümayəndələri”nə xəbərdarlıq etmişdim ki, əgər çıxsanız, bilin ki, artıq geri qayıtmaq imkanı olmayacaq”, – deyə Paşinyan əlavə edib.

Zərintac Mayisqızı

Bənzər Xəbərlər

Siyasət

Ceyhun Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

Avqust 27, 2026
Siyasət

“29 743 kvadratkilometr əraziyə Azərbaycanın üç anklavı daxil deyil”

Avqust 27, 2026
Dünya

Ermənistanın Baş naziri: Biz ABŞ-ın İrana qarşı yeni sanksiyalarını araşdırırıq

Avqust 27, 2026
Xarici xəbərlər

Çin ABŞ-yə xəbərdarlıq etdi: “İranla əməkdaşlığımızı pozmağa imkan verməyəcəyik”

Avqust 27, 2026
Xarici xəbərlər

“Ölkəni müdafiə etmək hər bir millətin haqqıdır”

Avqust 27, 2026
Manşet

26 avqust həm də Laçın şəhəri günüdür

Avqust 26, 2026

XƏBƏR LENTİ

Bakıda bu Nəqliyyat Mübadilə Mərkəzinə giriş bağlandı

27 Avqust, 26 / 15:27

Ceyhun Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

27 Avqust, 26 / 15:26

“29 743 kvadratkilometr əraziyə Azərbaycanın üç anklavı daxil deyil”

27 Avqust, 26 / 15:25

Bu ölkədə daşqın nəticəsində ölənlərin sayı 270-ə çatıb

27 Avqust, 26 / 15:15

İran ABŞ sanksiyalarına qarşı mövqeyinə görə Çinə təşəkkür edib

27 Avqust, 26 / 15:12

Robert Köçəryan xəstəxanadan çıxarılaraq İrəvan-Kentron istintaq təcridxanasına köçürülüb

27 Avqust, 26 / 15:05

Ermənistanın Baş naziri: Biz ABŞ-ın İrana qarşı yeni sanksiyalarını araşdırırıq

27 Avqust, 26 / 15:01

Rus ordusu Zaporojyedəki Şevçenkivskini ələ keçirdi

27 Avqust, 26 / 14:58

Paşinyan Sarkisyan və Köçəryan haqqında danışdı

27 Avqust, 26 / 14:50

Sankt-Peterburqun Slavyansk mikrorayonunda avtomobil partlayıb

27 Avqust, 26 / 14:38

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.