Rusiyanın Soçi şəhərində üç gün əvvəl PUA hücumuna məruz qaldığı bildirilən “Rosneft” neft bazasında yenidən yanğın baş verdiyi barədə məlumat yayılıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, hadisə zamanı hava həyəcanı elan edilməyib və yeni PUA hücumu barədə məlumat verilməyib.
Neft bazası yanacağın saxlanması və tədarükü ilə məşğuldur və Soçi beynəlxalq hava limanının yaxınlığında yerləşir.
Qeyd olunur ki, hadisə fonunda Rusiyada yanacaq qiymətlərinin sabit qalacağı ilə bağlı gözləntilər yenidən sual altına düşüb.
Aytən Yalçınqızı

















