Rusiyanın Soçi şəhərinin sahilləri yaxınlığında gəmidə güclü yanğın baş verdiyi bildirilir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, sahildən bir neçə kilometr məsafədə yerləşən gəmidə yanğın başlayıb. İlkin ehtimala görə, bu, tanker və ya quru yük gəmisi ola bilər.
Yanğının səbəbi və hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Aytən Yalçınqızı

















