İsrailin maliyyə naziri Betsalel Smotriç Fələstin Milli Administrasiyasının ləğv edilməli olduğunu bildirib və qurumu terror təşkilatı adlandırıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Smotriç Fələstin Milli Administrasiyasını terroru təşviq etməkdə, maliyyələşdirməkdə və qızışdırmaqda ittiham edib.
O, həmçinin yaxın gələcəkdə İsrailin İordan çayının Qərb sahilində müharibədən yayına bilməyəcəyi qənaətində olduğunu bildirib.
“Yəhudeya və Samariyadakı bütün ərəbləri silahsızlaşdıracağıq və silahların yalnız bizim əlimizdə olacağına əmin olacağıq”, – deyə Smotriç qeyd edib.
Nazirin sözlərinə görə, mövcud siyasət ölkənin yeni hücumu gözləyərək “dəvəquşu kimi başını quma basması”nı xatırladır.
Aytən Yalçınqızı

















