Araşdırmalara görə sitrus ətirlərini udmaq sinir sisteminə təsir etməklə stress səviyyəsini azalda bilər.
Zefer.media xəbər verir ki, bu aromaları nəfəs aldığınız zaman efir yağı molekulları, xüsusilə də limonen burundakı qoxu reseptorlarını stimullaşdırır.
Belə ki, dərhal beynin emosiyalar və yaddaşdan məsul olan limbik sisteminə siqnal göndərilir. Bu, hipotalamik-hipofiz-böyrəküstü vəzi oxunun fəaliyyətinin, kortizol və adrenalin istehsalının azalmasına gətirib çıxarır.
Mütəxəssislər əsasən limon və portağalın təsirli olduğunu vurğulayırlar. Onlarda limonenin yüksək konsentrasiyası mövcuddur. Qreypfrut da effektivdir, lakin onun aroması daha çox stimullaşdırıcıdır.
İstədiyiniz nəticəni əldə etmək üçün sadəcə sitrus qoxusunu 5-10 dəqiqə ərzində dərin və sakit nəfəs alaraq ciyərlərinizə çəkin. Bu, gündəlik stressi aradan qaldıran vasitə kimi, məsələn, səhər və ya yatmazdan əvvəl istifadə edilə bilər.
Təzə meyvələrin ətri ilə təbii efir yağları arasındakı fərq əhəmiyyətli deyil. Lakin yağlar daha davamlı effekt bəxş edir. Amma sintetik ətirlər oxşar təsir göstərmir və aromaterapiyadan yalnız allergiyanız olmadığı təqdirdə yararlanmaq mümkündür.
Zərintac Mayisqızı

















