Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova nümayəndə heyəti ilə birlikdə İranın mərhum ali rəhbəri Əli Xameneyinin vida mərasimində iştirak edəcək.
Zefer.media xəbər verir ki, vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı “Müsəlla” kompleksində keçiriləcək. Daha sonra mərhumun cənazəsi Qum şəhərinə yola salınacaq.
Bildirilir ki, Qumda keçiriləcək vida mərasimindən sonra Xameneyi öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.
















