Cəmiyyət

Şagirdi tərəfindən güllələnən müəllimdən XƏBƏR VAR

17 Fevral 2026, 13:153
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Fevralın 6-da Binəqədi rayonu “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.

Zefer.media xəbər verir ki, bu barədə KTM-in Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.

Qeyd edək ki, fevralın 6-ı “İdrak” liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600