Cəmiyyət

Səyyar Asan xidmət Tbilisidə

4 May 2026, 10:161
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Gürcüstanda yaşayan vətəndaşlarımızın nəzərinə!

Səyyar ASAN xidmət Tbilisiyə gəlir!

Zefer.media xəbər verir ki, bu barədə Dövlət Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 5, 6 və 7 iyun 2026-cı il tarixlərində vətəndaşlarımız üçün aşağıdakı xidmətlər göstəriləcək:

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Məhkumluq barədə arayışların verilməsi.

Müraciət qaydası:

Xidmətlərdən yararlanmaq üçün mütləq Elektron Növbə Portalından növbə götürmək lazımdır:

appointment.mfa.gov.az/az

Vacib qeyd: Portalda Səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd etməyi unutmayın.

Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600