• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.2° Weather Columbus
$
1.7
€
1.9528
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Səudiyyə Ərəbistanı nüvə dövləti ola bilər? - Səudiyyə ilə sazişin pərdəarxası

22 İyul, 26 / 21:02
A A

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Belə ki, sənəd ABŞ şirkətlərini krallıqda uran zənginləşdirmə müəssisələri tikməyə öhdəlik qoya bilər.

Energetika nazirinin bu gün müqaviləni imzalaması və Konqresin daha sonra onu nəzərdən keçirməsi gözlənilir.

ABŞ ilə Səudiyyə Ərəbistanı arasında əldə olunan nüvə razılaşması ekspertlər tərəfindən müxtəlif aspektlərdən qiymətləndirilir.

Politoloq Elçin Xalidbəyli Zefer.media-ya açıqlamasında bildirib ki, sazişin məqsədlərindən biri nüvə tullantıları ilə bağlı risklərin ABŞ-dən kənarda saxlanılması ola bilər:

“Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən biridir. ABŞ-nin maraqlarını yüksək tutan bir dövlət kimi diqqəti çəkir. Ona görə də Səudiyyə Ərəbistanı ilə ABŞ arasında belə strateji istiqamətlər üzrə anlaşmaların, sazişlərin əldə olunması qətiyyən təəccüblü deyil.
Əslində, uranın zənginləşdirilməsi ilə bağlı sazişin detallarının nədən ibarət olduğu hələlik tam şəkildə bəlli deyil. Ona görə də bu sazişin əsas məzmun və məqsədinin nədən ibarət olacağı barədə fikir söyləmək tezdir.
Ancaq təxmin etmək olar ki, burda hər iki tərəfin ciddi maraqları var. ABŞ-nin bundan külli miqdarda maliyyə vəsaiti qazanacağı şübhə doğurmur. Digər tərəfdən, zənginləşdirilmiş uranın yalnız Səudiyyə Ərəbistanına məxsus olacağı da bəlli deyil. Ola bilsin ki, həmin zənginləşdirilmiş uran kütləsinin bir hissəsi ABŞ tərəfindən götürülsün. Ortaq şəkildə uranın zənginləşdirilməsi üzrə bir müəssisənin yaradılması və ortaq şəkildə bundan faydalanılması nəzərdə tutulmuş ola bilər. Əsas məqsəd ABŞ-nin uranın zənginləşdirilməsi prosesində ortaya çıxan nüvə tullantılarından elə əvvəlcədən yaxasını qurtarmaq istəyi ola bilər. Yəni həmin nüvə tullantılarının ABŞ ərazisində yox, başqa ölkənin, məsələn Səudiyyə Ərəbistanının ərazisində olmasını istəyir. Bu, nüvə dövlətləri üçün və yaxud da atom elektrik stansiyaları işlədən ölkələr üçün kifayət qədər ciddi problemdir. Çünki o nüvə tullantıları basdırıldıqdan sonra belə şüalanma və yaxud da hər hansı bir ciddi problemlər yaratmaq xarakteristikasını qoruyub saxlayır. Bu, əlavə problem yüküdür və ABŞ bu yükü də öz üzərindən atmış olur”.

Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanının nüvə dövlətinə çevrilməsi regionda yeni güc balansı yarada bilər:

“Təbii ki, bu anlaşmanın sonrakı mərhələdə Səudiyyə Ərəbistanına nüvə silahı yaratmaq imkanları qazandırıb-qazandırmayacağı da kifayət qədər müəmmalı məsələdir. ABŞ-nin Səudiyyə Ərəbistanının nüvə dövlətinə çevrilməsində maraqlı olduğunu büruzə verən hər hansı bir rəsmi mövqeyə rast gəlinməyib. Ola bilər ki, bu, dinc məqsədlər üçün nəzərdə tutulmuş bir əməkdaşlıqdır. Səudiyyə Ərəbistanı ərazisində atom elektrik stansiyalarının fəaliyyəti üçün və ABŞ-yə lazım olan həcmdə zənginləşdirilmiş uran kütləsinin istehsalı üçün nəzərdə tutulmuş ola bilər. Ümumi götürdükdə, bu prosesin Səudiyyə Ərəbistanını nüvə silahına sahib olan ölkəyə çevirib-çevirməyəcəyi barədə qəti fikir bildirmək mümkün deyil. Əgər bu baş verərsə, Yaxın Şərqdə hem geopolitik, həm geostrateji, həm də ümumi balans ciddi şəkildə dəyişə bilər. İsraildən sonra daha bir ölkə nüvə silahına sahib olmaqla İsraili balanslaşdırmış olar. Hazırda ABŞ İsraillə düşmən münasibətində olan İrana nüvə silahını yaratmaq imkanları vermək istəmir və belə bir situasiyada İsrail üçün ikinci problemin yaradılıb-yaradılmayacağı da müəyyən şübhələr doğurur. Bu məsələ hələlik tam açıqlanmadığı üçün ümumi hədəflərin nədən ibarət olduğu və ya proseslərin hansı istiqamətlərə yönələcəyi barədə ehtimal irəli sürmək o qədər də asan deyil”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Gündəm

“İZ” layihəsi qəhrəmanların həyat hekayələrini rəqəmsal yaddaşa çevirəcək

Sentyabr 19, 2026
Gündəm

19–20 sentyabr Antiterror Əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

Sentyabr 19, 2026
Gündəm

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

Sentyabr 18, 2026
Gündəm

General-mayor vəfat etdi

Sentyabr 18, 2026
Siyasət

Ermənistanın sülhpərvərliyi şübhə doğurur

Sentyabr 16, 2026
Manşet

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

Sentyabr 15, 2026

XƏBƏR LENTİ

Media nümayəndələri toyda belə rəqs etdilər – VİDEO

20 Sentyabr, 26 / 16:36

“İZ” layihəsi qəhrəmanların həyat hekayələrini rəqəmsal yaddaşa çevirəcək

19 Sentyabr, 26 / 18:36

19–20 sentyabr Antiterror Əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

19 Sentyabr, 26 / 13:01

Xankəndində dalğalanan üçrəngli bayrağmız milli qürurumuzu ifadə edir – Tənzilə Rüstəmxanlı

19 Sentyabr, 26 / 12:49

“DTX bu əməliyyatla bir daha sübut etdi ki, istənilən terror və təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq”

18 Sentyabr, 26 / 20:25

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

18 Sentyabr, 26 / 19:29

Azərbaycan Türk Dünyasının inteqrasiyasında aparıcı qüvvə rolunda – Tənzilə Rüstəmxanlı

18 Sentyabr, 26 / 14:24

Təyyarədə iki sərnişin əlbəyaxa davaya çıxıb - VİDEO

18 Sentyabr, 26 / 13:32

Azərbaycan DTX 5 ölkədə antiterror əməliyyatı keçirib, 10 nəfər saxlanılıb

18 Sentyabr, 26 / 13:24

Zöder Almaniyada əmək qabiliyyətli gənc ukraynalıları ödənişlərin ləğv edilməsinə çağırıb

18 Sentyabr, 26 / 13:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.