Dünya

Rusiyanın Kiyevə raket zərbəsi nəticəsində 2 nəfər ölüb

8 Sentyabr 2026, 17:145
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya qüvvələri Kiyevə raket zərbəsi endirib.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində 2 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Paytaxtın bir neçə rayonunda raket qalıqlarının düşməsi və yanğınlar qeydə alınıb. Yaşayış binalarına və avtomobilə ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri hücum zamanı ballistik və qanadlı raketlərdən istifadə edildiyini bildirib.

Xilasedicilər zərbələrin nəticələrinin aradan qaldırılması işlərini davam etdirirlər.

Aytən Yalçınqızı

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600