Bu gün Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko nazir Sergey Lavrovun Tehrana mümkün səfəri ilə bağlı hazırlıq işlərinin davam etdiyini vurğulayıb.
Zefer.media xəbər verir ki, Rudenko bu açıqlamanı Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində deyib.
O, Lavrovun Tehrana səfərinin mümkünlüyü barədə suala cavabında qısa şəkildə, “Biz bu məsələ üzərində işləyirik”, deyə bildirib.
Rusiya xarici işlər nazirinin müavini, habelə, Moskvanın ABŞ və İsrailin İrana qarşı hücumları ilə bağlı mövqeyini bir daha təkrarlayaraq, bu hücumları beynəlxalq hüquqa zidd və qanunsuz təcavüz kimi qiymətləndirib.
Qeyd edək ki, Sergey Lavrov sonuncu dəfə ötən ilin 25 fevralında Tehrana səfər edib. Səfər çərçivəsində o, İranın prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb.
Zərintac Mayisqızı

















