Moskvada Rusiya və Türkiyənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib. Tərəflər Cənubi Qafqazdakı vəziyyəti, Mərkəzi Asiyada əməkdaşlığı və Ukrayna ətrafında baş verənləri müzakirə ediblər.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Moskva və Ankara yeni bölücü xətlər yarada biləcək xarici təşəbbüslərə qarşı çıxıb.
Tərəflər həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin daxil olduğu “3+3” Regional Əməkdaşlıq Platformasının fəaliyyətinin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Aytən Yalçınqızı

















