Dünya

Rusiya və KXDR arasında əlaqələr daha da möhkəmlənib

8 Sentyabr 2026, 18:424
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya ilə Şimali Koreya arasında Tumannaya çayı üzərində ilk avtomobil körpüsü istifadəyə verilib. 

Zefer.media xarici mənbələrə əsasən bildirir ki, açılış mərasimi Rusiya Baş naziri Mixail Mişustin və KXDR Baş naziri Pak Tae Son tərəfindən videobağlantı vasitəsilə keçirilib.

Daha sonra körpüdən hər iki istiqamətdə avtomobil karvanları keçib.

Bundan əvvəl Rusiya ilə Şimali Koreyanı birbaşa yalnız 1959-cu ildə inşa edilmiş “Dostluq” dəmir yolu körpüsü birləşdirirdi.

İndi isə “sərhədsiz dostluğun” avtomobil yolu da var. Pxenyanda Ozon və “Wildberries”in sifariş məntəqələrini açmaq qalıb.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600