Kiyevin “Mavi axın” və “Türk axını” boru kəmərlərində mümkün təxribata hazırlığı barədə məlumatlar Türkiyəyə dəfələrlə çatdırılıb.
Zefer.media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin FSB idarə heyətinin iclasında “Türk axını” və “Mavi axın” boru kəmərlərində mümkün təxribata hazırlıqla bağlı məlumat alındığını açıqlayıb.
Peskov jurnalistlərə “Türk axını” və “Mavi axın” boru kəmərlərində mümkün təxribat hazırlığı ilə bağlı xəbərlərlə bağlı sualları cavablandırarkən deyib: “Biz bu məlumatı dəfələrlə türkiyəli həmkarlarımıza çatdırmışıq”.
Yeganə




