Rusiya sərhədləri yaxınlığında öz ərazilərində nüvə silahı yerləşdirən ölkələrə qarşı əks tədbirlər görəcək.
Zefer.media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Baltikyanı ölkələr oxşar qərarlar qəbul etməkdə Finlandiyadan sonra irəliləyəcəklər. Bu, belə bir qərar verən bütün ölkələrin gözləntilərinin əksinə olaraq, onların təhlükəsizliyini artırmayacaq. Əksinə, bu, onlar üçün təhlükə səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq, çünki maraqlarımızı qoruya bilməyimiz üçün belə ölkələrə qarşı əks tədbirlər görüləcək”, – deyə o vurğulayıb.
Zərintac Mayisqızı

















