ABŞ-nin dövlət katibi Marko Rubio İranın Hörmüz boğazına nəzarət edərək keçid haqqı toplama istəyinin qlobal iqtisadiyyat və dənizdə sərbəst naviqasiya üçün ciddi risk yaradacağını bildirib.
Zefer.media xəbər verir ki, o bu barədə Manilada Cənub-Şərqi Asiya ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışı zamanı danışıb.
Rubio ABŞ-nin regiona dəstəyinin davam etdiyini vurğulayıb. O, həmçinin Dördtərəfli Təhlükəsizlik Dialoqu ölkələrinin nazirləri ilə regional təhlükəsizlik və dəniz əməkdaşlığını müzakirə edib. Görüşlər çərçivəsində onun Hindistan və Çinin xarici işlər nazirləri ilə də danışıqlar aparacağı ifadə edib.
Zərintac Mayisqızı

















