ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İrana mövcud vəziyyəti dəyişə biləcək hərbi yardım göstərildiyinə dair heç bir əlamət görmədiyini bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Rubionun sözlərinə görə, İran ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumları davam etdirir və bunun qarşılığında tankerlərini itirir.
“Onlar bizim gəmilərimizi vura bilmirlər, lakin beş tanker itiriblər. Onlardan daha beşini ötən gecə itirdilər: dördü zədələndi, biri batırıldı”, – deyə Rubio bildirib.
Rubio vurğulayıb ki, İran ABŞ gəmilərinə hücumlara görə bundan sonra da “bədəl ödəyəcək”. Eyni zamanda, ABŞ-nin İranı iqtisadi baxımdan “boğmaq” siyasətini davam etdirəcəyi bildirilib.
Aytən Yalçınqızı

















