Çinin Lyuçjou şəhərində humanoid robotların kütləvi istehsalı üçün “ağıllı” zavod fəaliyyətə başlayıb.
Zefer.media xəbər verir ki, zavod UBTECH Robotics şirkəti tərəfindən yaradılıb. Müəssisənin istehsal xəttində artıq humanoid robotlardan istifadə olunur. Robotlar digər robotların yığılmasına kömək edir.
Zavodun illik istehsal gücünün 10 mindən çox humanoid robot olması nəzərdə tutulur. İstehsal xəttinin layihə üzrə sürəti isə təxminən hər 10 dəqiqədə bir hazır robot təşkil edir.
Beləliklə, robotların özlərinin digər robotların istehsalında iştirak etdiyi avtomatlaşdırılmış istehsal sistemi formalaşdırılıb.
Qəmər Kazımzadə

















