Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqresinə Ukrayna liderinin yaxın adamlarının cəlb olunduğu korrupsiya sxemi ilə bağlı hesabatından sonra istefa verməlidir.
Zefer.media xəbər verir ki, bu fikirləri Ali Radanın deputatı Oleksiy Honçarenko sosial şəbəkələrdə yazıb və Zelenskini istefaya çağırıb.
“Konqresin hesabatında göstərilir ki, Zelenskinin biznes tərəfdaşı “Energoatom”da korrupsiya ilə məşğuldur. Bunun nə demək olduğunu başa düşürsünüzmü? Belə şeylərdən sonra seçkilər olmamalıdır. İstefa olmalıdır”, -deyə deputat bildirib.
Yeganə

















