• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.1° Weather Columbus
$
1.7
€
1.985
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Rəsmi servisdən “Changan” aldı, zavod qüsurlu çıxdı — Aylardır piyada qalıb (VİDEO)

14 Fevral, 26 / 13:47
A A

Yeni avtomobil almaq həmişə xoş xəbər olsa da, bəzən bu sevinc cəmi bir neçə gün çəkir. Paytaxt sakini Fuad bəyin başına gələnlər isə həm sürücülər, həm də avtomobil bazarını izləyənlər üçün ciddi siqnal sayıla bilər.

Zefer.media Demokrat.az-a istinadən xəbər verir ki, rəsmi dilerdən 150 min kilometr zəmanətlə “Changan” markalı avtomobil alan vətəndaşın səfəri cəmi səkkiz gün sonra servisdə bitib. Avqustun 18-də böyük ümidlərlə alınan maşının sürətlər qutusunda (karobka) ciddi zavod qüsuru aşkarlanıb. Fuad bəyin sözlərinə görə, diler mərkəzi problemi aradan qaldıracaqlarını və hissəni dəyişəcəklərini vəd etsə də, artıq altı aydır ki, heç bir irəliləyiş yoxdur. Üstəlik, servisdən ona gözləmə müddətinin daha 3-4 ay çəkə biləcəyi bildirilib.
Vəziyyəti qəlizləşdirən əsas məqam isə avtomobilin kreditlə alınmasıdır. Sürücü artıq üç aydır ki, maşının üzünü görməsə də, bank və servis tərəfi ödənişlərin davam etdirilməsini tələb edir. Əks halda isə onu məhkəmə ilə hədələyirlər.

Hüquqi baxımdan zəmanətli avtomobilin bu qədər uzun müddət təmirdə qalması və qarşılığında sürücüyə əvəzedici nəqliyyat vasitəsinin verilməməsi tərəflər arasındakı mübahisəni daha da alovlandırır. Fuad bəy hesab edir ki, istifadə edə bilmədiyi avtomobil üçün ödəniş tələb edilməsi məntiqsizdir. Hazırda avtomobil servisdə, sahibi isə həm piyada, həm də borclu vəziyyətdə qalıb. Prosesin necə yekunlaşacağı və dilerin bu qədər uzunmüddətli gecikməyə görə kompensasiya ödəyib-ödəməyəcəyi hələ ki qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, məlumatı jurnalist Elvin Basqallı paylaşıb.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib

May 5, 2026
Cəmiyyət

Mayda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

May 5, 2026
Cəmiyyət

Əksəriyyət evlənərkən maddi tələbləri niyə üstün tutur? - AÇIQLAMA

May 4, 2026
Cəmiyyət

TƏBİB rəhbərliyində yeni təyinatlar olub

May 4, 2026
Cəmiyyət

Abşeron Rayon Mərkəzi Xəstəxanasında onlayn növbə sisteminin tətbiqinə başlanılıb

May 4, 2026
Cəmiyyət

“ASAN kommunal” - 10 il

May 4, 2026

XƏBƏR LENTİ

“EFES – 2026” təliminə hazırlıq prosesi davam edir

05 May, 26 / 11:41

Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib

05 May, 26 / 11:35

Mayda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

05 May, 26 / 11:22

Mübariz Yunus qiraət gecəsi: 3 May və şəhidlər anılıb

05 May, 26 / 11:10

“İran ordusu məhv edilib, Xameneyi isə ölüb”

05 May, 26 / 10:23

Pezeşkian SEPAH-dan narazıdır: “Qonşu ölkələrə zərbələr geri dönməz nəticələr doğura bilər”

05 May, 26 / 10:01

İran və  Türkənistan XİN başçıları arasında telefon danışığı baş tutub

05 May, 26 / 6:19

İran ABŞ gəmisi istiqamətinə xəbərdarlıq atəşi açıb

04 May, 26 / 19:37

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

04 May, 26 / 19:32

“Bakı energetika sahəsində Romanın strateji tərəfdaşıdır”

04 May, 26 / 19:20

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.